Rus ordusu Donetskdə bu fabriki vurdubackend

Rus ordusu Donetskdə bu fabriki vurdu

Donetsk vilayətində yerləşən və Ukraynanın ən böyük enerji şirkətlərindən biri olan DTEK-ə məxsus zənginləşdirmə fabriki Rusiya ordusunun hücumu nəticəsində ciddi ziyan görüb.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Zərbə nəticəsində fabrikin binası dağılıb, avadanlıqlar isə ağır şəkildə zədələnib. Hücum zamanı xəsarət alan olmayıb.

Hazırda fabrikin fəaliyyəti tamamilə dayanıb, avadanlıqlar istifadə üçün yararsız vəziyyətdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*