Rus ordusu mülki əhalini bombaladı – Ölənlər varbackend

Rus ordusu mülki əhalini bombaladı - Ölənlər var

Rusiya hərbçiləri gecə Zaporojye vilayətinin mülki əhali yaşayan bölgələrinə zərbələr endiriblər.

KONKRET.az xəbər verir ki, hücumun təfərrüatları barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Yuri Malaşko “Telegram”da məlumat verib.

O bildirib ki, 3 nəfər dünyasını dəyişib ki, onlardan ikisi 11 yaşlı qız və atasıdır.

“Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir”, – deyə Yuri Malaşko bildirib.

Regional Hərbi Administrasiya rəhbərinin sözlərinə görə, Zaporojye, Orexov, Hulyaipole və daha 15 yaşayış məntəqəsi Rusiya mərmilərinin hədəfinə çevrilib:

“Düşmən bir raket hücumu, dörd hava hücumu, beş pilotsuz təyyarə hücumu və 46 atəş həyata keçirib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*