Rusiya qoşunları həftə sonu Pokrovskdan şimalda Ukrayna cəbhəsini yarıb, cəmi iki gündə 13 km irəliləyib.
KONKRET.az xəbər verir ki, bu barədə “Bild” nəşri Qərb hərbi analitikləri və rusiyalı hərbi müxbirlərinə istinadla məlumat yayıb.
“Donetsk vilayətinin bu ərazisində güclü müdafiə strukturları demək olar ki, boş qalıb. Ukrayna Silahlı Qüvvələrində kəskin şəxsi heyət çatışmazlığı səbəbindən komandanlıq müdafiə xətlərini piyadalardansa pilotsuz təyyarələrlə qorumağa üstünlük verir. Nəticədə, bölgədəki rus qoşunları bir neçə həftədir ki, heç kimin olmadığı bunkerləri və səngərləri ələ keçirir”, – məlumatda qeyd olunub.