Rus ordusu Zaporojye AES-i tərk edir – Ukrayna kəşfiyyatıbackend

Rus ordusu Zaporojye AES-i tərk edir - Ukrayna kəşfiyyatı

Rusiya ordusu Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk edir.

KONKRET.az Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir ki, obyekti idarə edən “Rosatom” şirkətinin 3 əməkdaşı artıq ərazidən çıxıb:

“Rosatom”la müqavilə bağlayan ukraynalı işçilərə də təxliyə tövsiyə olunub. Onlar iyulun 5-dək ərazini tərk etməlidirlər”.

Məlumata görə, ərazidə hərbi patrulların da sayı getdikcə azalır: “Stansiyadakı heyətə tapşırılıb ki, istənilən fövqəladə hadisə ilə bağlı Ukrayna tərəfi günahlandırılsın”.

Qeyd edək ki, Rusiya Zaporojye AES-i 2022-ci il martın 4-də işğal edib. Bu il iyunun 22-də Ukrayna Prezidenti Volodimir Zelenski qeyd etmişdi ki, qarşı tərəf sözügedən obyektdə terror aktı törətməyə hazırlaşır.//Yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*