Rus ordusunun cəmləşdiyi 4 ərazi vuruldubackend

Rus ordusunun cəmləşdiyi 4 ərazi vuruldu

Ukrayna qoşunları iyunun 23-də Rusiya ordusunun şəxsi heyətinin cəmləşdiyi ərazilərə 10 zərbə endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, raket və artilleriya bölmələri şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi dörd ərazini, atəş mövqelərində 12 artilleriya bölməsini, iki elektron döyüş texnikasını və bir hava hücumundan müdafiə qurğusunu vurub.

“Ukraynanın bütün ərazisində raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır”, – Baş Qərargah xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*