Rus peyki kosmosda yüz hissəyə parçalandıbackend

Rus peyki kosmosda yüz hissəyə parçalandı

ABŞ Kosmik Komandanlığı Rusiyanın “Resurs P” peykinin Yerin aşağı orbitində məhv edilməsi barədə məlumat verib.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yayılan məlumatda deyilir.

“Kosmik Komandanlıq iyunun 26-da Yerin aşağı orbitində baş vermiş, istismardan çıxarılan Rusiyanın “Resurs P1” peykinin məhv edilməsini təsdiq edə bilər”, – komandanlığın X sosial şəbəkəsində verdiyi bəyanatda deyilir. Komandanlığa əsasən, peyk 100 hissəyə parçalanıb. Mövcud vəziyyət heç bir təhlükə yaratmır.

“Resurs-P” seriyalı peyklər Yerin müxtəlif növlərini müşahidə etmək üçün istifadə olunur və təxminən beş il xidmət müddətinə malikdir.

Rəsmiyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*