Polşanın Osiny kəndi yaxınlığında PUA qəzaya uğrayaraq partlayıb.
KONKRET.az bildirir ki, yerli polisdəki mənbə Reuters agentliyinə deyib ki, pilotsuz təyyarə qarğıdalı tarlasına düşüb.
Partlayış bir neçə evin pəncərəsini uçurub, lakin itki yoxdur.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bildirib ki, ötən gecə radar sistemləri nə Ukrayna, nə də Belarus tərəfdən ölkənin hava məkanının pozulması faktını qeydə almayıb. Pilotsuz təyyarənin tapılması ilə bağlı məlumat ölkənin Hava Əməliyyatları Mərkəzinə ötürülüb.
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri rus qoşunları mütəmadi olaraq Ukrayna ərazisinə kütləvi hava zərbələri endirir. Bu hücumlar zamanı Polşanın hava məkanı bir neçə dəfə pozulub. Məsələn, 2022-ci il noyabrın 15-də Rusiyanın zərbəsindən müdafiə üçün Ukrayna ərazisindən atılan zenit-raket Prjevodov kəndinə düşüb. Mərmi keçmiş sovxozun ərazisində iki nəfərin işlədiyi taxıl qurutma zavodunun binasına düşüb. Hər iki şəxs həyatını itirib.
Sonra, 16 dekabr 2023-cü ildə döyüş başlığı olmayan qanadlı raket Polşa ərazisinə uçub və meşəyə düşüb. Həmin il dekabrın 29-da naməlum hava obyekti Polşanın hava məkanına daxil olub. Eyni şey 24 mart 2024-cü ildə də baş verib.
Bu, ilk dəfədir ki, döyüş başlığı olan rus kamikadze pilotsuz uçuş aparatı Polşa ərazisinə düşür.
Müşviq Tofiqoğlu
KONKRET.az
— Ahmadov (@BigAhmadov) August 20, 2025