Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Zmeyni adası ərazisində Odessa vilayətinin cənubuna hücum etməyə cəhd edən Rusiyaya məxsus Su-24M bombardmançı təyyarəsini məhv edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk məlumat verib.
Onun sözlərinə görə, cənub komandanlığı uğurlu əməliyyat keçirib və Rusiyanın Su-24M bombardmançı təyyarəsinin hücum qarşısını alıb.
Burhan,
KONKRET.az