“Rus sektoru”nu seçənlərin sayı artıb – VİDEObackend

“Rus sektoru”nu seçənlərin sayı artıb - VİDEO

Mingəçevirdə rus bölməsi üzrə təhsil almaq istəyənlərin sayı artıb. KONKRET.az APA TV-yə istinadən xəbər verir ki, yeni tədris mövsümündə bu, daha çox hiss olunub. Hazırda şəhərin 4 ümumtəhsil məktəbində rus dili bölməsi fəaliyyət göstərir. Onların hər biri üzrə məktəbəqədər hazırlıq qruplarına öncədən nəzərdə tutulan rəqəmlər gözləntiləri aşıb. Rus dilli təhsil üzrə ixtisaslaşmış 3 saylı orta məktəb xüsusi ilə diqqəti cəlb edir. Bu il 4 sinif üzrə Azərbaycan bölməsinə 80 müraciət qəbul olunduğu halda, cəmi 2 qrup rus bölməsi üzrə 68 nəfər müraciət edib. Məktəbin direktoru Gültəkin Quliyeva əslində bu rəqəmin də son olmadığını bildirir. Onun sözlərinə görə, limiti aşmaq kimi səlahiyyətləri yoxdur və bu səbəbdən də yalnız 2 hazırlıq qrupu formalaşdırılıb. Hətta onlarda belə uşaq sayı normadan artıqdır. Valideynlərin rus bölmələrində övladlarının daha müasir ruhda yetişəcəyinə ümid edir. Yuxarı sinif şagirdləri bunu təsdiq edir. Şagirdlər əcnəbi tədrisə maraqlarının da rus nağıllarından və cizgi filmlərindən qaynaqlandığını deyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*