Rus Teatrında Amerika formatı: Anna Akopyan nə etmək istəyir?backend

Rus Teatrında Amerika formatı: Anna Akopyan nə etmək istəyir?

Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan çıxışları TED Talks formatında təşkil etmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Bildirilir ki, ilk qonaq Ermənistanın baş naziri Nikol Paşinyan olacaq.

Nəşrin qeyd etdiyi kimi, formata tematik çıxışlar, məruzəçilər və auditoriya arasında söhbətlər daxildir.

Paşinyan və Akopyan ABŞ-da səfərdə olarkən gələcək iştirakçılara baş nazir administrasiyasından dəvətlər göndərilir.

Paşinyanın iştirakı ilə ilk konfrans martın 15-də baş tutacaq.

TED Talks üçün kifayət qədər simvolik yer – İrəvandakı K.Stanislavski adına Rus Dram Teatrı seçilib.

Bundan əvvəl Anna Akopyan sosial şəbəkələrdə yerləşdirdiyi videolarından birində Ermənistanda TED Talk keçiriləcəyini açıqlamışdı.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*