Rusiya 10 min hərbçi YERLƏŞDİRƏCƏK – Baş nazirdən ŞOK AÇIQLAMAbackend

Rusiya 10 min hərbçi YERLƏŞDİRƏCƏK - Baş nazirdən ŞOK AÇIQLAMA

Moldova Respublikasının Baş naziri Dorin Reçan “Financial Times” nəşrinə verdiyi açıqlamada Rusiyanın ölkədə Rusiyapərəst hökumət formalaşdırmaq niyyətində olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, baş nazir sentyabr ayında keçiriləcək parlament seçkilərinə Moskvanın artıq müdaxilə etməyə başladığını da vurğulayıb.

Reçanın sözlərinə görə, əgər Moldovada hakimiyyətə Kremlə sadiq qüvvələr gəlsə, Rusiya həmin şəxslərin vasitəsilə işğal altındakı Pridnestrovyeyə daha çox hərbçi göndərməyə nail olacağını düşünür. Onun qiymətləndirməsinə əsasən, söhbət 10 min rusiyalı hərbçinin bölgəyə yerləşdirilməsindən gedir.

“10 minlik hərbi kontingentin Ukraynanın cənub-qərbinə yaradacağı təzyiq və təsiri təsəvvür edə bilərsiniz. Bu qüvvələr eyni zamanda NATO üzvü olan Rumıniyanın da yaxınlığında yerləşəcək”, – deyə Moldova hökumət başçısı əlavə edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*