Rusiya 15 döyüş gəmisini Xəzərdən Qara dənizə göndərdi – SƏBƏBbackend

Rusiya 15 döyüş gəmisini Xəzərdən Qara dənizə göndərdi - SƏBƏB

Rusiya 15 döyüş gəmisini hərbi qüvvələrinin yoxlanılması məqsədilə Qara dənizə göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Bazasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qara dənizə göndərilən 15 gəmi Xəzər dənizindəki donanmaya aiddir.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoygu 6 apreldə Rusiya hərbi qüvvələrinin döyüşə hazırlıq vəziyyətilə bağlı yoxlamalara başladığını, ölkənin müxtəlif bölgələrindəki poliqonlarda taktiki təlimlərin icra ediləcəyini və bu çərçivədə apreldə 4048 hərbi manevrin olacağını söyləmişdi. publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*