Rusiyanın zənginləşdirilmiş uranın ABŞ-a tədarükünə müvəqqəti qadağası Amerikanın enerji sektoruna ağır zərbə vura bilər.
KONKRET.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ABŞ-də enerji sektorunun normal fəaliyyəti Rusiya uranından asılıdır. Rusiya ABŞ-nin idxal etdiyi nüvə yanacağının təxminən 35%-ni təmin edir. Xatırladaq ki, noyabrın 15-də Rusiya hökuməti zənginləşdirilmiş uranın ABŞ-yə ixracına müvəqqəti məhdudiyyətlər qoyub. Yeganə istisnalar Texniki və İxrac Nəzarəti Federal Xidməti tərəfindən verilən birdəfəlik lisenziyalar üzrə təchizatlar idi. Bu tədbirlər Amerika tərəfinin 2024-2027-ci illər üçün tətbiq etdiyi məhdudiyyətlərə və 2028-ci ildən Rusiyadan uran məhsullarının idxalına qoyulan qadağaya cavab olaraq həyata keçirilib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bəyan etmişdi ki, resurs ixracına qoyulan məhdudiyyətlər Qərbin hərəkətlərinə cavabdır.
Vəli Həsənoğlu,
KONKRET.az