“Rusiya platforması o qədər də effektiv deyil, çünki Moskva artıq müəyyən mənada bu münaqişələrin tərəfidir”.
KONKRET.az xəbər verir ki, bunu müsahibəsində “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Ovik Ağazaryan bildirib.
“Məncə, bizim tək olduğumuz yerdə Ermənistanın danışıqlarda iştirak etməsi qəbuledilməzdir. Son illər biz müttəfiqimizin passivliyini və fəaliyyətsizliyini müşahidə edirik ki, bu da çox ağır nəticələrə gətirib çıxarıb. Təhlükəsizliyimizi düşünməliyik”, – deyə Ağazaryan bildirib.
Günel Mikayılova,
KONKRET.az