“Nəqliyyat dəhlizlərinin yaradılması məsələsində Rusiyanın strateji vəzifəsi Xəzər dənizi, Azərbaycan və İran vasitəsilə Hind okeanına çıxmaqdır”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Marat Xusnullin deyib.
O, bu haqda danışarkən deyib: “Biz Xəzər dənizi, Azərbaycan, İran vasitəsilə Süveyş kanalından və Bosfor boğazından yan keçməklə Hind okeanına çatmaq istəyirik. Bu o deməkdir ki, bu, bizim strateji nəqliyyat vəzifəmizdir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az