Rusiya azərbaycanlıları ayağa qalxdı: “Vətəni qorumağa hazırıq” – FOTO+VİDEObackend

Rusiya azərbaycanlıları ayağa qalxdı: "Vətəni qorumağa hazırıq" - FOTO+VİDEO

Rusiyanın Tümen vilayətinin Radujnı şəhərində yaşayan azərbaycanlılar “Qarabağa dəstək” adı ilə aksiya keçiriblər.

KONKRET.az xəbər verir ki, aksiyada iştirak edənlərin hamısı erməni faşistlərinə qarşı döyüşmək üçün tarixi vətənlərinə qayıdacaqlarını və azğın düşməni Qarabağdan qovacaqlarını bildiriblər.

Şəhərdə yaşayan azərbaycanlılar adından Eyvaz Şamıyev, Hacı Yusif Soltanov və digəriləri çıxış edərək Azərbaycan ordusunun şanlı qələbələri haqqında danışıblar və yaxın günlərdə düşmən üzərində tam qələbə çalacaqlarına inandıqlarını qeyd ediblər.

Tədbirdə əsgərlər üçün toplanan 20 min manat pul Azərbaycana göndərilib. Həmin vəsaitlə Azərbaycanda əsgərlər üçün siqaret, isti geyimlər- şarf, papaq, yun corab, əlcək və.s, eləcə də tibbi ləvazimatlar – spirt, pambıq göndərilib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*