Rusiya bankları məzənnələri kəskin qaldırırbackend

Rusiya bankları məzənnələri kəskin qaldırır

Rusiyanın ən iri banklarında əsas valyuta məzənnələrinin kursu kəskin şəkildə qalxıb. 

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Dollar ortalama olaraq 90 rubla, avro isə 100 rubla təklif edilir.

Agentliyin məlumatına əsasən, ən yüksək kurs “Rosbank”dadır. Burada dollar 105 rubl, avro isə 115 rubldur.

Bundan əvvəl Dövlət Dumasının maliyyə bazarları üzrə komitəsinin rəhbəri Anatoli Aksakov Rusiya Federasiyasında valyuta bazarının tezliklə sakitləşəcəyini, çünki dolların məzənnəsinin artması üçün heç bir obyektiv səbəb olmadığını bildirmişdi. O, indiki vəziyyətdə valyutanı satmağın daha sərfəli olduğunu hesab edir və məzənnənin qalxması fonunda onu almamağı tövsiyə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*