Rusiya hökumətinin başçısı Mixail Mişustin Altay Respublikasında səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Beynəlxalq Ekologiya Konfransı çərçivəsində baş tutan görüşdə hər iki ölkənin nümayəndə heyətlərinin üzvləri də iştirak edirlər.