Rusiya bir gündə Ukraynada milyonlarla dollar itirirbackend

Rusiya bir gündə Ukraynada milyonlarla dollar itirir

Yanvarın 2-də Rusiya Ukraynaya həyata keçirdiyi kütləvi raket hücumlarına təxminən 620 milyon dollar xərcləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı məlumat verib.

İlkin məlumatlara görə, yanvarın 2-nə keçən gecə və səhər saatlarında ruslar Ukraynaya qarşı 99 hava hücumu həyata keçirib. Hücumda müxtəlif tipli raketlərdən və PUA-lardan istifadə edilib. Bu raketlərin dəyərini hesablamaq üçün Forbes aşağıdakı hesablamalardan istifadə edib:

Kh-101 raketinin dəyəri – 13 milyon dollar;

“Kalibr” – 6,5 milyon dollar;

“İskəndər” – 3 milyon dollar;

“Oniks” – 1,25 milyon dollar;

Kh-22 – 1 milyon dollar;

Toçka-U – 0,3 milyon dollar;

Kh-55 – 2 milyon dollar;

Kh-555 – 4 milyon dollar;

X-47 “Xəncər” – 15 milyon dollar;

Şahed-136 – 50 min dollar.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*