Kurqanmaşzavod (“Rostex” dövlət korporasiyasının yüksək dəqiqlikli komplekslər holdinqinin bir hissəsi) dövlət sifarişi ilə zirehli döyüş maşınlarının istehsalını 20 faiz artırıb.
KONKRET.az xəbər verir ki, bu barədə dövlət korporasiyası məlumat yayıb .
“Söhbət xüsusilə məşhur yüngül zirehli maşınların, məsələn, BMP-3-ün istehsalından gedir. Həmçinin, 2024-cü ilin aprel ayından başlayaraq zavod BMD-4M-in göndərilməsinə başlayıb”, – məlumatda deyilir.
Bütün tanklar yuxarı yarımkürəni qorumaq üçün əlavə mühafizə dəstləri, görmə qabiliyyətini azaldan qurğular və üzlüklərlə təchiz olunub.
Günel Mikayılova,
KONKRET.az