Böyük Britaniya və Ukrayna arasında 100 illik tərəfdaşlıq sazişi Kiyevin NATO-ya daxil olmasına zəmanət vermir.
KONKRET.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib:
“Bu, alyansa üzvlüyə zəmanət verən müddəa deyil”,-deyə o, vurğulayıb.
Peskov həmçinin qeyd edib ki, NATO üzvü olan Böyük Britaniyanın hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması kifayət qədər narahatedici elementdir. Yanvarın 16-da Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Key Starmer dövlətlər arasında bir əsrlik tərəfdaşlıq haqqında saziş imzalayıblar. Bu sənəd Kiyevə hərbi dəstəyin gücləndirilməsini və ölkələr arasında ikitərəfli müdafiə əlaqələrinin inkişaf etdirilməsini nəzərdə tutur.
Vəli Həsənoğlu,
KONKRET.az