Rusiya “boz siyahı”ya salınır, bu ölkələr isə siyahıdan çıxarılırbackend

Rusiya "boz siyahı"ya salınır, bu ölkələr isə siyahıdan çıxarılır

Avropa Komissiyası Rusiyanın “boz siyahı”ya – çirkli pulların yuyulması üzərində zəif nəzarətə malik ölkələr siyahısına salınmasını nəzərdən keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Brüssel bu yolla Moskvaya maliyyə təzyiqini artırmağa çalışır.

Nəşrin məlumatına görə, Rusiyanın “boz siyahı”ya daxil edilməsini Avropa Parlamentinin əksər üzvləri dəstəkləyir, lakin hələlik bu barədə heç bir qərar qəbul edilməyib.

“Rusiyanın siyahıya salınmasına böyük dəstək var,” – deyə Avropa Parlamentinin deputatı Markus Ferber bildirib.

Bildirilib ki, “boz siyahı”nın yenilənmiş versiyasının təqdimatı artıq bu həftə gözlənilirdi, lakin Avropa Komissiyası onu son anda “inzibati/prosedur səbəblərdən” təxirə salıb. Avropa Komissiyasının nümayəndəsi onun gələn həftə qəbul ediləcəyini gözlədiklərini bildirib.

Nəşrin tanış olduğu Brüsselin siyahısının əvvəlki versiyası Əlcəzair, Anqola, Keniya, Fil Dişi Sahili, Laos, Livan, Monako, Namibiya, Nepal və Venesuelanın siyahıya əlavə olunmasını nəzərdə tuturdu. Eyni zamanda, Barbados, Cəbəllütariq, Yamayka, Panama, Seneqal, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda və Yamaykanın siyahıdan çıxarılması planlaşdırılırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*