Saratov hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) məlumat yayıb.
Məlumatda bildirilir ki, hava limanı təyyarələri nə qəbul edir, nə də yola salır.
“Saratov hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır”, – açıqlamada bildirilib.
Müşviq Tofiqoğlu
KONKRET.az