Rusiya bu nəşrləri xarici agentlər siyahısına saldıbackend

Rusiya bu nəşrləri xarici agentlər siyahısına saldı

Rusiya Ədliyyə Nazirliyi “Rosbalt” agentliyi və “Republic” nəşrlərini xarici agent KİV-lər siyahısına daxil edib.

KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat dərc edilib.

Qeyd edək ki, indiyə qədər bu siyahıya 88 KİV orqanı, jurnalist və hüquq müdafiəçisinin adı daxil edilib.

Qeyd edək ki, “Rosbalt” uzun müddətdir fəaliyyət göstərir. Agentlik Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin keçmiş rəhbəri Viktor Çerkesov tərəfindən yaradılıb. Çerkesov DTK-nın keçmiş əməkdaşı, eləcə də Prezident Vladimir Putinin yaxın dostu sayılır. 2007-ci ildə onun Rusiya xüsusi xidmət orqanları arasıdakı müharibə haqqında yazdığı məqalə Putinlə münasibətlərini ciddi şəkildə pozub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*