Urals neftinin rubl ifadəsində may qiyməti hökumət proqnozundan 21% az olub.
Rusiyada federal büdcə proqnozlarına əsaslanan göstəricilərdən biri – Urals markalı neftin may ayı üzrə rubl qiyməti gözləntiləri doğrultmayıb.
KONKRET.az xəbər verir ki, The Moscow Times-ın yazdığına görə, Urals neftinin rubl ilə ifadə olunan orta qiyməti hökumətin proqnozlaşdırdığı göstəricidən 21% aşağı olub. Bu da dövlət büdcəsinə daxil olan neft və qaz gəlirlərində ciddi azalma riskini artırır.
Nəticə olaraq, Rusiya Dövlət Duması iyun ayında 2025-ci il üzrə federal büdcə qanununa dəyişikliklər qəbul etməyə hazırlaşır. Bu dəyişikliklər çərçivəsində neft-qaz gəlirləri üzrə proqnozun təxminən dörddəbir azaldılması nəzərdə tutulur.
Qeyd olunur ki, neftin dünya bazarındakı qiymət dəyişiklikləri və rublun məzənnəsindəki dalğalanmalar Rusiya iqtisadiyyatı və dövlət xərcləri üçün ciddi çətinliklər yaradır.
Natiq Səlim,
KONKRET.az