Rusiya Liman-Kupyansk istiqamətində 110 min hərbçi cəmləşdirib. Həmçinin, bölgədə atışmaların sayı da artıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş məlumat verib.
“…Bütün Liman-Kupyansk istiqamətinə baxsanız, orada 110 minə yaxın rusiyalı hərbçi var…”, – deyə Yevlaş bildirib.
Onun sözlərinə görə, Liman-Kupyansk istiqamətində ruslar hazırda “Storm-Z” dəstələrinin və nizami qoşunların, o cümlədən tank alayının hücum təyyarələrindən fəal şəkildə istifadə edirlər.
İlya Yevlaş Kupyansk və Liman bölgələrində vəziyyətin Ukrayna hərbçilərinin nəzarətində olduğunu bildirib.
Burhan,
KONKRET.az