Rusiya çəkisi 38 qram olan mikro dron YARATDIbackend

Rusiya çəkisi 38 qram olan mikro dron YARATDI

Rusiyalı mütəxəssislər düşmənin canlı qüvvəsinə zərbə endirmək üçün nəzərdə tutulmuş, çəkisi 38 qram olan “Vektor X-120” tipli pilotsuz uçan aparat hazırlayıblar.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə “Pilotsuz Təyyarə” eksperimental konstruktor bürosundan məlumat verilib.

“Mütəxəssislərimiz faydalı yük olmadan çəkisi cəmi 38 qram olan “Vektor X-120” adlı kiçik kvadrokopter hazırlayıblar. Bu, mövcud ordu tipli sursatlardan istifadə edərək düşmənin şəxsi heyətini məhv etmək üçün birdəfəlik kamikadze drondur”, – deyə təşkilatdan bildirilib.

Məlumata görə, söhbət 5,45×39 mm (çəkisi – 10,2 qram), həmçinin 9 19 mm-lik Luger (7,45 qram) çaplı patronlardan gedir.

Qeyd olunub ki, “Vektor X-120” kifayət qədər sakit şəkildə sığınacağa uça və hədəfi birbaşa vura bilir. Bunu snayper və ya hər hansı kiçik silahdan istifadə edən döyüşçü edə bilməz. Bu baxımdan dron daha çox səmərəlidir.

Bildirilib ki, dronun maksimal uçuş müddəti 6 dəqiqə, uçuş məsafəsi isə 2 km-ə qədərdir. Maksimum uçuş sürəti 50 km/saatdır. Yükü olmayan mikro dronun əsas versiyasının qiyməti təxminən 75-80 min rubl (1500 manat) təşkil edəcək.

Qeyd olunub ki, bu günə qədər belə məhsullar xaricdə mövcuddur və uğurla sınaqdan keçirilib. Həm amerikalıların, həm də avropalıların bu sahədə uğurları var.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*