Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanması üçün Abxaziyada logistika bazası açılacaq.
KONKRET.az xəbər verir ki, bu sözləri Abxaziyanın “prezidenti” Badra Qunba deyib.
Onun sözlərinə görə, obyekt Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidmətinin sahil patrul gəmilərinin yerləşdiyi Oçamçira şəhəri yaxınlığında tikiləcək.
“Rusiya hərbi-dəniz bazasının deyil, Oçamçira bölgəsində Qara dəniz donanması üçün xüsusi olaraq logistik bazanın açılması planlaşdırılır”, – o qeyd edib.