Rusiyaya məxsus daha bir neçə aviaşirkət Azərbaycana uçuşları dayandırdı.
KONKRET.az xəbər verir ki, “UTair” aviaşirkəti Ufa və Samaradan Bakıya uçuşları ləğv edib. Sərnişinlər SMS vasitəsilə bununla bağlı bildirişlər alıb. Uçuşlar hələlik bron sistemində qalır, lakin onlar üçün biletləri ən azı yanvarın sonuna qədər almaq mümkün deyil. Eyni zamanda, UTair-in Moskva, Sankt-Peterburq,
Tümen və Surqutdan Bakıya reysləri saxlanılır.
“İrAero” Vladiqafqaz, Saratov və Nijni Novqoroddan Bakıya uçuşlar cədvəlindən çıxarıb. “İrAero”nun Moskva, Kazan, Perm, Novosibirsk və Krasnoyarskdan Bakıya reysləri qalıb.
Ural Hava Yolları Soçidən uçuşları dayandırıb. Moskva və Yekaterinburqdan isə Bakıya uçuşlar satışda qalır.
Günel Mikayılova,
KONKRET.az