Rusiya digər ölkələrə müntəzəm və çarter reyslərini dayandırırbackend

Rusiya digər ölkələrə müntəzəm və çarter reyslərini dayandırır

Rusiya hökuməti Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə (“Rosaviasiya”) martın 27-dən müntəzəm və çarter reysləri dayandırmağı tapşırıb.

KONKRET.az-ın verdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin qəbul etdiyi qərarda bildirib.

Qeyd olunub ki, “Rosaviasiya”ya yalnız xaricdə olan rusiyalıların ölkəyə gətirilməsi reyslərini həyata keçirə bilər.

Rusiya Xarici İşlər və Nəqliyyat nazirlikləri martın 30-na kimi ölkə xaricində olan vətəndaşların Müdafiə Nazirliyinin və mülki aviaşirkətlərin təyyarələri ilə geri gətirilməsi üçün plan hazırlayacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*