Rusiya Dnepri vurdubackend

Rusiya Dnepri vurdu

Rusiya Ukraynanın Dnepr şəhəri yaxınlığına zərbə endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin dövlət administrasiyasının rəhbəri Sergiy Lısak bildirib. Onun sözlərinə görə, Rusiyanın hücumu nəticəsində eyniadlı rayonun Podqorodnenski icmasında 20 nəfər yaralanıb.

Lısak ümumilikdə 17 nəfərin xəstəxanaya yerləşdirildiyini və yaralılar arasında 5 uşağın olduğunu bildirib. Məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır.

Qeyd edək ki, yaralılardan əlavə, dağıntılar altında qalanların olduğu da bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*