Rusiya dövlət kanalının “Böyük oyun” (Bolşaya İqra) tok-şousunda erməni oyunbazlığı yaşanıb.
KONKRET.az xəbər verir ki, verilişə dəvət olunan ekspertlər Azərbaycan ərazi bütövlüyünə qarşı bəyanatlar səsləndirib. Veriliş boyu monitorda Qarabağdakı qondarma qurumun xəritəsi göstərilib.
Buna görə də bütün günahı ermənipərəst ekspertlərin üstünə yıxmaq lazım deyil. Rusiyanın dövlət kanalı da ermənilik edib. Yoxsa Qarabağ İqtisadi Rayonuna aid ərazilər “Dağlıq Qarabağ Respublikası” kimi qeyd olunmazdı. Onsuz da mövcud olmayan ərazi vahidinin adına Rusiyanın dövlət qurumlarının rəsmi məlumatlarında da rast gəlmək olar.
Bəziləri bunu Kremlin erməniləri əldə saxlamaq manevri kimi dəyərləndirsə də, bəzi mütəxəssislər belə addımları Rusiyanın imperializmi adlandırır.
Anar Rəhimov,
KONKRET.az