1 yanvar 2021-ci il tarixə Rusiya əhalisinin sayı 146 milyon 238 min 185 nəfər olub. 1 yanvar 2020-ci il tarixində Rusiya əhalisinin sayı 146 milyon 748 min 643 nəfər, 1 yanvar 2019-cu il tarixində – 146 milyon 780,7 min nəfər, 1 yanvar 2018-ci il tarixində – 146 milyon 880,4 min nəfər, 1 yanvar 2017-ci il tarixində isə – 146 milyon 804,4 min nəfər imiş.
KONKRET.az xəbər verir ki, bu barədə “Rosstat” məlumat yayıb.
Məlumata görə, 2020-ci ildə ölkədə əhali 510,5 min nəfər azalıb. Sonuncu dəfə belə əhəmiyyətli bir azalma 2005-ci ildə olub. Bu, 2006-cı ilin əvvəlində əhali sayının 143,8 milyondan 143,2 milyona düşdüyü zaman aşkar edilmişdi. 2017 və 2018-ci illərdə əhali təxminən 100 min nəfər azalıb. 2018-ci ilə qədər Rusiyada əhali son dəfə 2008-ci ildə azalmışdı. Lakin bundan sonra 9 il ardıcıl artım oldu və 2019-cu ilin əvvəlində maksimum həddə 146,9 milyon nəfərə çatdı.
KONKRET.az