Rusiya əleyhinə ŞOK QƏRAR: milyonlar ayrıldı – PUA-lar və hipersəsli raketlərin istehsalı artacaqbackend

Rusiya əleyhinə ŞOK QƏRAR: milyonlar ayrıldı - PUA-lar və hipersəsli raketlərin istehsalı artacaq

ABŞ Rusiya ilə mübarizə üçün 2021-ci ilin büdcəsindən yüz milyonlarla dollar ayıracaq. Prezident Donald Tramp tərəfindən təsdiqlənən hökumətin işinin maliyyələşdirilməsinə dair sənəd bundan xəbər verir.

KONKRET.az xəbər verir ki, bu barədə Lenta.ru bildirir.

“Büdcədə prioritet diqqət ABŞ-ın Çin və Rusiyaya qarşı döyüş qabiliyyətinin artırılmasına, o cümlədən yüksək keyfiyyətli döyüş sursatlarının, pilotsuz sistemlərin, hipersəsli raketlərin inkişafı da daxil olmaqla hərbi üstünlüyü təmin edəcək proqramın maliyyələşdirilməsinə yönəldilir”, – deyə sənəddə bildirilir. Pekinlə mübarizə üçün 300 milyon dollar ayrılacaq.

TASS-ın hesablamalarına görə, Dövlət Departamenti ümumilkdə “Rusiya təsirinə və onun demokratik institutlara inamsızlıq yaratmaq cəhdlərinə qarşı” 290 milyon dollar yönəldəcək. Bu vəsaitin 24 milyon dolları rus təbliğatı və dezinformasiyasına qarşı işlərə ayrılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*