Rusiya hökuməti Avropa İttifaqı, Böyük Britaniya, Norveç və Ukraynadan yük maşınlarının ölkə ərazisinə girişinə qoyulan qadağanın müddətini uzadır.
KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, qadağa 2022-ci ildə Aİ-nin Rusiya və Belarus nömrəli yük maşınlarına qadağasından sonra tətbiq edilib.
Məlumata görə, məhdudiyyət onun tətbiqi üçün hallar aradan qaldırılana qədər qüvvədə qalacaq. Əvvəlki kimi, yalnız poçt göndərişlərinin, diplomatik poçtların və humanitar yardımların daşınması istisna təşkil edir. Bundan əlavə, məhdudiyyət idman obyektlərinə avadanlıq və idman avtomobillərinin daşınması üçün texniki dəstək maşınlarının keçidinə də şamil edilməyəcək.
Vəli Həsənov,
KONKRET.az