“Ukrayna Silahlı Qüvvələrinin Amerika silahları ilə Rusiya Federasiyasının ərazisinə hücumları getdikcə daha da dərinləşəcək”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Praqada NATO ölkələri üzrə xarici əlaqələr idarələri rəhbərlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Vaşinqtonun Amerika silahlarının Xarkov vilayəti yaxınlığındakı Rusiya regionlarından kənarda yerləşən şəhər və qəsəbələrə qarşı istifadə olunacağını etiraf edəcəyi ilə bağlı sualı cavablandırarkən, ABŞ dövlət katibi bildirib: “Biz lazım gəldikcə uyğunlaşmağa və düzəliş etməyə davam edəcəyik”.
Xatirə SADİQ,
KONKRET.az