“Rusiya-Ermənistan münasibətləri əvvəlki kimi olmayacaq” – Markedonovbackend

"Rusiya-Ermənistan münasibətləri əvvəlki kimi olmayacaq" - Markedonov

“Bu, ilk dəfə deyil ki, Rusiya-Ermənistan münasibətləri dalana dirənir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyalı politoloq Sergey Markedonov Ermənistan mətbuatına açıqlamasında deyib.

O əmindir ki, Rusiyanın Ermənistana ehtiyacı var, bu, İrana gedən və Yaxın Şərqə açılan mühüm qapıdır:

“Moskvanın irəli sürdüyü böyük Avrasiya layihəsi kontekstində Ermənistan önəmlidir”, – deyə politoloq əlavə edib.

Sergey Markedonov hesab edir ki, Rusiya-Ermənistan münasibətləri əvvəlki kimi olmayacaq:

“Yəqin ki, o səviyyədə şişirdilmiş gözləntilər olmayacaq. Onlar daha praqmatik olacaqlar”, – Markedonov vurğulayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*