“Postsovet dövlətləri arasındakı münasibətlər tarixi və geosiyasi reallıqların düzgün dərk edilməməsi səbəbindən daha da mürəkkəbləşə bilər”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Davit Ananyan özünün “Facebook” səhifəsində yazıb:
“Rusiya ilə Ermənistan arasında münasibətlərə gəlincə, Moskva buna həssaslıqla yanaşır və mövcud münasibətləri çox pis qiymətləndirir. İki ölkə arasında diplomatik qarşılıqlı fəaliyyəti təhlili etsək görərik ki, Rusiya səfiri bu ölkədə konkret olaraq fəaliyyətsizdir. Rusiya Ermənistanı xüsusi diplomatik diqqət və ya vaxtaşırı yanaşma korrektələri tələb etməyən tərəfdaş kimi qəbul etdiyini vurğulayır”.
O, həmçinin bildirib ki, Rusiya Ermənistanla münasibətlərinə regional geosiyasi etimad prizmasından baxır:
“Ehtimal olunur ki, Moskva istənilən an öz təsirini artıra və Ermənistanın daxili siyasi həyatına müdaxilə edə bilər. Dövlətlərarası münasibətlərdə bu cür yanaşma Rusiya ilə Ermənistan arasında münasibətlərin dinamikasını qeyri-müəyyən edir. Yeni reallıqlara və gözləntilərə ciddi ehtiyac yaranıb”.
Natiq Səlim,
KONKRET.az