Rusiya Federal Penitensiar Xidmətin saytına KİBERHÜCUM – FOTObackend

Rusiya Federal Penitensiar Xidmətin saytına KİBERHÜCUM - FOTO

Naməlum hakerlər Federal Penitensiar Xidmətin saytını sıradan çıxarıblar.

KONKRET.az-ın məlumatına görə, hakerlər bu barədə Gulagu.net saytının hüquq müdafiəçilərinə məlumat veriblər. Departamentin saytı həqiqətən də hazırda açılmır.

“Salam. Biz Darknet məkanından Universal hakerlər komandasıyıq. Biz sizin mövqeyinizi tam dəstəkləyirik və sizə qoşuluruq. Hazırda biz Rusiyanın Federal Penitensiar Xidmətinin bütün serverlərinə hücum həyata keçiririk və onlara qarşı vendetta elan edirik. Bu heyvanları dayandırmağa kömək etmək üçün hər dəqiqə daha çox haker bizə qoşulur”, – deyə hakerlərin göndərdiyi mesajda deyilir.

Bəzi istifadəçilər indi internet qəbulu vasitəsi ilə ərizə və ya şikayət göndərə bilmədiklərindən şikayət ediblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*