Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iddia edir ki, Rusiyada orduya yeni “gizli səfərbərlik” dalğası başlaya bilər.
KONKRET.az xəbər verir ki, mövcud məlumata görə, Rusiya Federasiyasında və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində bu il dekabrın 10-dan etibarən Rusiya qüvvələrinin sıralarına gizli səfərbərliyin növbəti dalğasının keçirilməsi üçün hazırlıq tədbirləri davam etdirilir.
Rəsmi olaraq Kreml bu cür planları rədd edir.
Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilib. Oktyabrın sonunda səfərbərliyin başa çatdığı və müharibəyə çağırış planının yerinə yetirildiyi elan olunub.