Rusiya həbsxanalarında ukraynalılar səs verməyə məcbur edildi – Ombudsmanbackend

Rusiya həbsxanalarında ukraynalılar səs verməyə məcbur edildi - Ombudsman

Rusiya Federal Penitensiar Xidmətinin bəzi qurumlarının rəhbərliyi Rusiyada və işğal edilən Krımda qanunsuz saxlanılan Ukraynalı siyasi məhbusları Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərə səs verməyə məcbur edib.

KONKRET.az xəbər verir ki, bunu cümə axşamı, 2 iyulda Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova öz Facebook səhifəsində bildirib.

“Rusiya Federal Penitensiar Xidmət sisteminin bəzi qurumlarının rəhbərliyinin Ukraynalı siyasi məhbusları Rusiya vətəndaşı olduqları üçün ümumrusiya referendumunda səs verməyə məcbur etməsi barədə məlumat aldım. Səs verməkdən imtina edənlərə psixoloji təzyiq edilir” deyə yazıb Denisova.

Bundan əlavə, ombudsman vurğulayıb ki, Rusiyanın Kremlin məhbuslarını öz vətəndaşları hesab etmələrinə baxmayaraq, onlar Ukrayna vətəndaşlarıdır.

“Mən beynəlxalq insan haqları təşkilatlarının nümayəndələrini təcavüzkar ölkəni beynəlxalq humanitar qanunlara riayət etməyə və işğalın qurbanı olmuş Ukrayna vətəndaşlarının repressiyalarını dayandırmağa məcbur etmək üçün mövcud təsir imkanlarından istifadə etməyə çağırıram!”, – Denisova əlavə edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*