Rusiya hərbçiləri yaralandıbackend

Rusiya hərbçiləri yaralandı

Rusiyanın hərbi polisinin 3 əməkdaşı Suriyada, İdlib deeskalasiya zonasında atəş nəticəsində yüngül xəsarətlər alıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini kontr-admiral Vyaçeslav Sıtnik bildirib.

Onun sözlərinə görə, hadisə İdlib deeskalasiya zonasının cənub-şərq hissəsində, Trumba yaşayış məntəqəsi ərazisində, saat 15:45-də olub.

Rusiya hərbi polisinin BTR-82A zirehli avtomobili quldur dəstələrinin nəzarəti altında olan ərazidən tank əleyhinə idarə olunan raketdən atəşə tutulub. Raketin zirehli maşına düşməsi nəticəsində Rusiyanın 3 hərbi qulluqçusu yüngül xəsarətlər alıb. Hərbi qulluqçuların həyatı üçün təhlükə yoxdur.unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*