Rusiya hərbi yük təyyarələri Ermənistana nə daşıyır? – VİDEObackend

Rusiya hərbi yük təyyarələri Ermənistana nə daşıyır? – VİDEO

AzTV-də yayımlanan “Həftə” analitik informasiya proqramında Rövşən Məmmədov Ermənistan–Rusiya münasibətlərindəki son gərginliklərə dair diqqətçəkən şərhlərlə çıxış edib.

“Bu gün Moskva və İrəvan arasındakı münasibətləri “tufanqabağı sakitlik” adlandırmaq olar. Yəni, ziddiyyətlər hələ ki, daha çox diplomatik ritorika üzərindən özünü göstərir. Ancaq vəziyyətdən asılı olaraq proseslər mürəkkəbləşə və Kremlin Ermənistanla bağlı hərbi planları işə düşə bilər.” – deyə, Rövşən Məmmədov bildirib.

KONKRET.az xəbər verir ki, o, həmçinin vurğulayıb ki, Rusiyaya məxsus hərbi yük təyyarələrinin Ermənistan ərazisinə davamlı uçuşları bu iddiaların təsdiqi ola bilər:

“Rusiyaya məxsus hərbi yük təyyarələrinin hay məmləkətinə davamlı uçuşları kimi… Artıq son 10 gündə 12-i belə reysin həyata keçdiyi bildirilir. Onların 10-u Gümrüyə, 2-si isə İrəvana edilib. Kreml mövzuya hər hansı şərh bildirməsə də, erməni mənbələri Əbu-Dabi görüşünün Moskva tərəfindən birmənalı qarşılanmadığını, Paşinyanın erməni oliqarxları və kilsə əleyhinə repressiv tədbirlərinin şimalda qıcıq yaratdığını və əsas məqsədin Ermənistanda çevriliş üçün zəmin hazırlamaq olduğunu iddia edirlər. Son nəticə Paşinyanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq siyasətinə zərbə vurmaq, sülh üçün mövcud imkanları sıradan çıxarmaq ola bilər. Bu, Rusiya ilə yanaşı bəzi Qərb dairələrinin, həmçinin, daxili revanşistlərin də maraqlarına xidmət edir. Lakin bədxah qüvvələr onu da unutmasınlar ki, İrəvan yekun sülh sazişinə gec-tez imza atmalı olacaq. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün təminində israrlıdır və bu istiqamətdə beynəlxalq gücləri də razı salan siyasət ortaya qoyur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*