Rusiya İdlib mövzusunda Türkiyədə danışıqlar aparacaqbackend

Rusiya İdlib mövzusunda Türkiyədə danışıqlar aparacaq

Türkiyə Müdafiə Nazirliyi Rusiya hərbi heyətinin Ankarada ediləcək danışıqlarda iştirak edəcəyini söyləyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Mənbə bildirir ki, görüşün mövzusu Suriyadakı vəziyyət olacaq.

Görüş 10 mart günü baş tutacaq. Tərəflər Suriyadakı avtomobil yolunun patrul edilməsi məsələlərini müzakirə edəcəklər.

Türkiyənin rəsmi qurumundan verilən məlumata görə, danışıqlar İdliblə bağlı Moskva memorandumuna uyğun olaraq aparılacaq.

Martın 5-də Türkiyə Prezidenti Ərdoğan Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşlər keçirdi. Nəticədə ortaq sənəd razılaşdırıldı.

Sənəddə martın 6-dan etibarən hərbi əməliyyatların dayandırılması, Suriyadakı M4 magistral yolunun şimalında və cənubunda altı kilometr genişlikdə təhlükəsizlik dəhlizinin yaradılması barədə maddələr yer alıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*