Rusiya ilə ABŞ arasında müharibə başlasa… – Çin mediasıbackend

Rusiya ilə ABŞ arasında müharibə başlasa... – Çin mediası

ABŞ-ın bir sıra hərbi ekspertləri Rusiyanın 7 gün ərzində məğlub olacağına inanırlar.

KONKRET.az xəbər verir ki, bu haqda Çinin “Sina” nəşri yazır.

Mənbə bildirir ki, ancaq əslində bu, belə deyil. Rusiyanın “ölümcül silahı” var, buna görə də ABŞ-ın heç bir təxribatından və təhdidindən qorxmur.

Son illərdə Amerika ilə Rusiya arasındakı münasibətlər pisləşdi və iki ölkə arasında müharibə riski artdı. Ancaq bəzi ABŞ hərbi ekspertləri açıq şəkildə bildirirlər ki, ABŞ və Rusiya arasında müharibə başlasa, Rusiya ordusunu məhv etmək üçün yeddi gün lazım olacaqdır. Bu açıqlamalar hərbi işlərlə maraqlananların çox diqqətini çəkdi.

ABŞ ordusunun cəmi yeddi gün ərzində bütün Rusiyanı ələ keçirməsi mümkündürmü?

Rusiya ordusu yeddi gündən çox dözə bilməyəcək?

Əsl vəziyyət isə qorxuncdur. ABŞ müntəzəm silahlı qüvvələrin sayında Rusiyadan xeyli üstün olsa da, ikincisinin çox böyük miqdarda nüvə silahı var. Rusiya nüvə potensialından istifadə etməyə başlasa, ABŞ-ı məhv edəcək.

Belə çıxır ki, bizi aldadırlar. Rusiya ABŞ-ı məğlub etməkdə olduqca qadirdir.

Əvvəlcə Amerika Ordusu haqqında danışaq. 1986-cı ildə məşhur “Eldorado Canyon” əməliyyatı zamanı ABŞ Ordusu Liviyanın radar sisteminə və aerodromuna hücum etdi. Hərbçilərə bunun üçün 18 dəqiqə lazım gəldi. Liviya Hərbi Hava Qüvvələri bir anlıq iflic oldu və cavab zərbəsi vura bilmədi.

İraqdakı müharibə zamanı ABŞ hərbçiləri də oxşar taktikadan istifadə etdilər – əvvəlcə İraqın radar stansiyasını iflic etdilər, sonra yerüstü hədəflərə hücum üçün hava qüvvələrindən istifadə etdilər. Birləşmiş quru qüvvələri yüksək texnologiyalı qoşun və silahdan istifadə edərək İraqdakı müharibəni qısa müddətdə dayandırdı.

Ancaq dünyanın ən güclü iki ölkəsi arasında müharibə başlasa, Rusiya ABŞ-ın hərbi strategiyasına düzgün reaksiya verə biləcəkmi?

Sovet İttifaqının dağılmasından sonra Rusiya onun əsas varisi oldu. SSRİ-nin hərbi irsinin böyük əksəriyyəti ona keçdi, bunun sayəsində indi dünyada ən böyük nüvə arsenalına sahibdir. Bundan əlavə, ölkə Sovet İttifaqından çox sayda qitələrarası raket, döyüş təyyarəsi, döyüş gəmisi və s. aldı. Rusiya silahlanmanın və texnikanın bir hissəsini başqa ölkələrə ixrac edir və satışdan əldə olunan gəlirdən daha da inkişaf etmiş silah növlərini yaratmaq üçün istifadə edir. Beləliklə, bu dövlətin hərbi gücünü qiymətləndirməmək düzgün deyil.

Eyni zamanda, Rusiya yüksək dərəcədə geniş strateji əraziyə malikdir. Dünyanın ən böyük ölkəsi olan Rusiya 17 milyon kvadrat kilometr ərazini əhatə edir. Bu, Amerika Birləşmiş Ştatlarından demək olar ki, iki dəfə böyükdür. Rusiya Avrasiya qitəsi boyunca uzanır, şimal-qərbdə Baltik dənizi ilə, cənub-qərbdə Qara dənizlə, ən şərq nöqtədəki Bering Boğazı üzərindən Alyaska ilə həmsərhəddir. Ölkənin şimaldan cənuba qədər uzunluğu 4000 km, cənubdan qərbə 9000 km. Rusiyanın hərbi qüdrəti olmasa belə, qısa müddət ərzində ABŞ-ın belə böyük ərazini işğal etməsi çox çətin olacaq.

Üstəlik, Rusiyanın çox böyük strateji nüvə və çox sayda müasir strateji silahları var. Qoşunların sayının azalmasına baxmayaraq, Rusiya ordusu yeni “ölümcül silahlar”, o cümlədən “Avangard” hipersonik raketləri, “Sarmat” qitələrarası ballistik raketlər və uzun müddət xidmətdə olan “Topol-M” qitələrarası raketlər ilə təchiz edilmişdir. Buna görə müharibə olacağı təqdirdə, Rusiya ordusu bu tip strateji silahlarla cavab verəcək.

Nüvə silahına sahib ölkələr arasında Rusiya nüvə başlıqlarının sayına görə dünyada birinci yerdədir. ABŞ ordusunda 4000-dən çox nüvə başlığı var, Rusiyada 5000-dən çox. Bundan əlavə, Rusiyada mükəmməl bir nüvə triadası var: havada hücum etmək üçün strateji bombardmançı Tu-160 və Tu-22M və qitələrarası raketləri atmaq üçün çoxsaylı qurğuları var. Bundan əlavə, Trans-Sibir Dəmir Yolunda raket sistemi gizlədilir və dənizdə isə Borey sinifdən olan sualtı qayıqlar üzür.

Beləliklə, Rusiya ABŞ-dan gələn hər hansı bir təxribat və təhdiddən qorxmur.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*