Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə Rusiya və Ukrayna “25-ə 25” prinsipi ilə mübadiləsi həyata keçirib.
KONKRET.az xəbər verir ki, dəyişilənlər arasında hərbi qulluqçularla yanaşı mülki şəxslər də var. İyirmi dörd ukraynalı və iyirmi beş rus əsirlikdən evlərinə qayıdıb. Ruslara gəlincə, əsirlikdən azad edilənlərin hamısı hərbi qulluqçulardır. 2025-ci ildə bu, Rusiya ilə Ukrayna arasında ilk məhbus mübadiləsi idi. Sonuncu əsir mübadiləsi 30 dekabr 2024-cü ildə baş tutmuşdu.
Vəli Həsənoğlu,
KONKRET.az