Mart ayının əvvəlində Naxçıvana endirilən dron zərbələri “Şimal–Cənub” nəqliyyat dəhlizi üzrə daşımaların gedişinə dərhal təsir göstərib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, yaranmış vəziyyət Meğri hissəsinin bərpasına sərmayə qoymaq istəyən investorların inamını azaldıb.
Overçuk həmçinin qeyd edib ki, İranla sərhədə bitişik Meğri sahəsinin ABŞ-a verilməsi ehtimalı da investorlar arasında optimizm yaratmır.
Müşviq Tofiqoğlu
KONKRET.az
