Rusiya İranla Azərbaycanı üz-üzə qoyur? – Tofiq Zülfüqarov Şoyqunun Tehran bəyanatını şərh edirbackend

Rusiya İranla Azərbaycanı üz-üzə qoyur? - Tofiq Zülfüqarov Şoyqunun Tehran bəyanatını şərh edir

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana elan olunmamış səfər edib. Səfər çərçivəsində Şoyqu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüş keçirib. Rusiya rəsmisi Əli Əkbər Əhmədian ilə danışıqlar zamanı İranın Azərbaycanla dəhlizlər və kommunikasiya marşrutları ilə bağlı siyasətini dəstəklədiyini təsdiqləyib.

Maraqlıdır, rəsmi Moskva Zəngəzur dəhlizi ilə bağlı mövqeyində dəyişiklik edir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İranın siyasətində qeyri-müəyyənlik olduğunu bildirib:

“Hazırda kommunikasiyaların açılması ilə bağlı Rusiyanın mövqeyinin dəyişdiyini demək olmaz. Onların İranı hansı şəkildə və müstəvidə dəstəkləməsi məlum deyil. İnanmıram ki, hər hansı ciddi dəyişiklik olsun. Ortada bəzi qeyri-müəyyənliklər var. Düzdür, İran deyir ki, sərhədlər dəyişdirilməsin. Lakin rəsmilərin digər açıqlamalarında isə kommunikasiyalara kimin nəzarət edəcəyi ilə bağlı məqamlar yer alır. Rəsmi Tehran da istəyini açıq şəkildə bəyan etmir. Burada Ermənistanın niyyəti də konkret deyil. Ola bilər ki, İrəvan, sadəcə, vəziyyəti dəyişmək istəyir. Onlar Rusiyadan aslılıqdan qurtulub Qərbə istiqamətlənə bilər. Xülasə, müzakirələrin yekununu gözləməliyik. Hazırda konkret nəsə demək doğru deyil”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*