Rusiya İrəvanda keçiriləcək Avroviziya Uşaq Mahnı Müsabiqəsində İŞTİRAK ETMƏYƏCƏKbackend

Rusiya İrəvanda keçiriləcək Avroviziya Uşaq Mahnı Müsabiqəsində İŞTİRAK ETMƏYƏCƏK

Rusiya dekabrda İrəvanda keçiriləcək Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistanda keçiriləcək Avroviziya Uşaq Mahnı Müsabiqəsində Rusiya iştirak edə bilməyəcək.

Buna səbəb Rusiyanın böyüklərin yarışında iştirakdan kənarlaşdırılmasına cavab olaraq Birinci Kanal, VGTRK və Radio House Ostankino-nun Avropa Yayım İttifaqından çıxması olub.

Xatırladaq ki, ötən il erməni ifaçı Malena Avroviziya Uşaq Mahnı Müsabiqəsində qalib gəlib. Buna görə müsabiqə üçün ev sahibliyi Ermənistana keçib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*