Rusiya kilsə vasitəsi ilə Paşinyanı devirir, Nikol və Anna isə… – Kremlin ŞOK PLANININ PƏRDƏARXASIbackend

Rusiya kilsə vasitəsi ilə Paşinyanı devirir, Nikol və Anna isə... - Kremlin ŞOK PLANININ PƏRDƏARXASI

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın ona qarşı siyasi təzyiq vasitəsi kimi Ermənistan Apostol Kilsəsindən istifadə etdiyini açıqlayıb. Baş nazirin fikrincə, bu proses xüsusilə Rusiya xarici işlər naziri Sergey Lavrovun son İrəvan səfərindən sonra daha da fəallaşıb. Bəs görəsən, Erməni kilsəsinin Paşinyanı devirmək imkanı varmı?

Mövzunu KONKRET.az-a Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov şərh edib:

Azərbaycan Prezidentinin çıxışı beynəlxalq aləmə çox mətləbləri anlatdı |  Xalq Qəzeti

“Uzun illərdir Rusiya Ermənistan daxilindəki siyasi müxalifət vasitəsilə Paşinyana qarşı təsir göstərməyə çalışır. Lakin erməni müxalifəti cəmiyyətdə geniş dəstək qazana bilmədiyindən Moskva alternativ vasitələrə əl atır. Bu kontekstdə Ermənistan Apostol Kilsəsi ön plana çıxır. Çünki bu dini qurum tarixi olaraq erməni cəmiyyətində dərin nüfuza malikdir və 18-19-cu əsrlərdən bəri Rusiyanın regiondakı maraqlarına xidmət edən institutlardan biri kimi tanınır. Paşinyan hakimiyyəti hesab edir ki, kilsə bu gün də Moskvanın regiondakı missiyasını yerinə yetirməyə çalışır. Bu kontekstdə may ayının sonlarında həm Paşinyan, həm də həyat yoldaşı Anna Akopyan Kilsəyə qarşı kəskin ittihamlarla çıxış etdilər. Bu ittihamlar əsasən mənəvi və əxlaqi pozuntularla bağlıdır”.

Politoloq qeyd edib ki, Ermənistanda müşahidə olunan boşluq fonunda Kilsə cəmiyyət üçün mənəvi dayaq rolunu oynaya bilərdi.

“Lakin Paşinyan bu mənəvi nüfuzu sarsıtmaq üçün kilsə daxilindəki neqativ halları ictimailəşdirməyə üstünlük verir. Bununla o, Xristian cəmiyyətində Kilsəyə qarşı etimadsızlıq yaratmağa çalışır. Bu gərginlik Ermənistanın daxili siyasətində dini qurumların rolu və Rusiya-Ermənistan münasibətləri kontekstində yeni mərhələyə keçid kimi qiymətləndirilir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*